Havas Okulu - Tekil Mesaj gösterimi - Yedi Farklı Dil Cevşen Dua
Tekil Mesaj gösterimi
  #2  
Alt 23.06.20, 13:55
Och Och isimli Üye şimdilik offline konumundadır
Gayretli üye
 
Üyelik tarihi: 23.11.17
Bulunduğu yer: Tuna Boyunda
Mesajlar: 6,344
Etiketlendiği Mesaj: 410 Mesaj
Etiketlendiği Konu: 0 Konu
Standart

Allahım, ey Rəbbimiz! Bizi Cəhənnəm əzabından xilas et, qurtar və bizə nicat ver!

Ey qullarını əzabdan qoruyub qurtaran və əfvi bol olan Rəbbim! Əfvinlə, fəzilətinlə bizi \fv et bağışla, bizi yaxşı əməl sahibləri ilə bərabər Cənnətinə qoy! Mən bu qiymətli və şərəfli isimlərinin, bu uca və lətif sifətlərinin haqqı üçün Həzrəti Məhəmmədə, Ailəsi və Əshabına, Onun etdiyi yaxşılıqların sayı qədər rəhmət etməni diləyir və bunun üçün yalvarıram!
Allahın adı ilə, Allah mənə kifayət edər, Allahdan başqa ilah yoxdur, Allah hər çeyə şahiddir.
De ki: O Allahdır. Allahın dilədiyi olar. Rəbbim Allahdır. Allahın şanı çox ucadır. Allah uludur. Allaha təvəkkül etdim.Düşmənlərə qarşı dayaq olaraq Allah sənə yetər. O, hər şeyi eşidən və biləndir.

Ey Allahım! Sən bütün nöqsan və qüsurlardan uzaqsan və bütün gözəlliklərin sahibisən.
Səndən başqa ilah yoxdur. Aman verən sənsən, Səndən aman diləyirik. Zatını tərif etdiyin kimi, Səni tərif etməkdə aciz olduğumu etiraf edirəm.

Ya Allah, Ya Rəhman, Ya Gafur, Ya Şəkur. Allahım! Zatın üçün saydığın gözəl isimlərin, uca sifətlərin və mükəmmlə kəlimələrin haqqı üçün Səndən istəyir və yalvarıram: məni, anamı, atamı, böyüklərimizi, istrə diri, istər ölü lsun-bütün mömin kişi və qadınları, müsəlman kişi və qadınları bağışla.
Ya Rəbb! Bizə elə rəhm et ki, Səndən başqsının mərhəmətinə ehtiyac duymayaq.
Ya Rəbb! Bizə etdiyi yaxşılıqlar və üstümüzdəki haqqı üçün bizim adımızdan Həzrəti Məhəmməd sallallahu əleyhi və səlləmi layiq olduğu nemətlərlə mükafatlandır.
Ya Rəbb! Bizi bir göz qırpımı olsa belə nəfsimizlə baş-başa buraxma. Halımızı islah et, yuxubilməz gözünlı bizi qoru və bizdən ayrılmayan dəstəyinlə bizləri mühafizə et, ey qüdrət və səxavət sahibi Rəbbim!
Ya Rəbb! Bizi və üstündə sənin bü mübarək adlarını daşıyanları cin, insan və şeytanlardan gələn müsibət və bəlalardan, zəlzələrdən, dağların Allah qorxusu ilə parçalanmasından, taun, vəba, bəd nəzərdən və bədənimizi digər xəstəlik və ağrılar kimi hər cür fəlakət, bəla, müsibət və pisliklərdən qoru!

Ya Rəbb! Sultanımız Həzrəti Məhəmmədə, Onun Ailəsinə və bütün səhabələrinə hamısına səlat və salam et!

Aləmlərin Rəbbi Allaha həmd olsun!
Alıntı ile Cevapla
 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147